Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?





Xəbər verdiyimiz kimi Rusiya Müdafiə Nazirliyi prezident Vladimir Putinin bu ilin martında təqdim etdiyi supersilahlardan biri-hipersəs sürətli “Xəncər” (“Kinjal”) raketi ilə silahlanmış MiQ-31 qırıcılarının Xəzər dənizi üzərində aprel ayından etibarən döyüş növbətçiliyi çəkdiyini açıqlayıb. Müdafiə Nazirliyi bunun “strateji çəkindirmə tədbirləri” çərçivəsində edildiyini bildirib. Lakin aydın deyildi ki, 2 min kilometr mənzilli və əsasən ABŞ-ın təyyarədaşıyan gəmilərini sıradan çıxarmaq üçün nəzərdə tutulan raketi daşıyan qırıcıların Xəzər dənizi akvatoriyasında uçmasının strateji çəkindirmə ilə nə əlaqəsi var. Axı bu regionda ABŞ təyyarədaşıyanları yoxdur.

Virtualaz.org xəbər verir ki, “Nezavisimaya qazeta”nın hərbi əlavəsinin ( “Nezavisimaya voennoe obozreniya”) məsul redaktoru Vladimir Şerbakov Xəzər dənizi üzərində döyüş növbətçiliyinə daxil edilən “Xəncər” raketinin potensial hədəflərindən birinin İran ola biləcəyini yazıb. “Xəncər zərbəsi”inə iddia edənlər arasında redaktora görə İranla yanaşı Əfqanıstan, İsrail, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə də yer alır. Habelə həmin ölkələrin ərazisində yerləşən Amerika hərbi bazaları potensial hədəfdir.
Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?











Müəllif qeyd edir ki, doğrudan da “Xəzər dənizi akvatoriyası üzərində növbətçilik” Rusiya hərbi-siyasi rəhbərliyinin “Xəncər” raketinin əsas potensial qurbanı hesab etdikləri Amerika aviadaşıyıcı və gəmi zərbə qruplaşmalarına qarşı strateji çəkindirmə baxımından heç bir mənası yoxdur. Çünki raketin uçuş məsafəsi 2 min kilometrdən bir qədər çoxdur. Xəzər üzərindəki ən yaxın nöqtədən ABŞ təyyarədaşıyan qruplaşmasının mövqe tuta biləcəyi Fars körfəzinə qədər məsafə 2.5-3 min kilometr təşkil edir.
Doğrudur, “Xəncər” daşıyan Rusiya qırıcıları məsafəni yaxınlaşdırmaq üçün Azərbaycanın və ya İranın ərazi sularında növbə çəkə bilər. Lakin müəllif qeyd edir ki, Bakı və Tehranın bundan məmnun qalacağı çətin məsələdir. Hərçənd müəllifin fikrincə söhbət Rusiya-ABŞ hərbi qarşıdurmasından gedəcəksə başqa ölkələrin hava məkanından istifadə ilə bağlı icazə də heç kim soruşası deyil.
Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb?










Müəllif qeyd edir ki, ABŞ təyyarədaşıyan qruplaşmasının və NATO gəmilərinin daim növbə çəkdiyi Aralıq dənizində hədəfləri vurmaq üçün “Xəncər” daşıyan qırıcıların Xəzər dənizi üzərində yox, Qara dəniz üzərində növbə çəkməsi daha məqsədəuyğun olardı. İrana, Əfqanıstana və yuxarıda adı çəkilən digər ölkələrə zərbə endirmək üçün isə Xəzər dənizi üzərində növbətçilik tam yerinə düşür. “Xüsusən də bir çox ekspertlər bildirir ki, Suriya məsələsində İranla Rusiyanın arasında bəzi ciddi fikir ayrılıqları meydana çıxıb”-müəllif bildirir./Virtualaz.org

Son xəbərlər

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Bütün xəbərlər