Azərbaycanın dünya birliyinə inteqrasiyası: İslam dünyası ilə əməkdaşlıq

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

dogruxeber.tv: - Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətdə bütün dünya ölkələrilə əlaqələrə geniş yer verib. Bu mənada hazırda ölkəmiz geniş aspektli xarici əlaqələrə malikdir.

Azərbaycanın xarici siyasətində müsəlman ölkələrilə əməkdaşlıq sözsüz ki, mühüm yer tutur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq, 1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv qəbul olunub. Bunun özü ölkəmizin İslam dünyası ilə əlaqələrə xüsusi önəm verdiyinin göstəricisidir.

Son illərdə ölkəmiz İƏT-in bir neçə konfransına ev sahibliyi edib. Məsələn, 2014-cü ildə "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirildi. Bunun müqabilində İƏT islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirdi. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunur. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilir. Ardınca IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam ənənələrinə sadiqliyi baxımından mühüm əhəmiyyət kəsb edib. Yarışlara 24 idman növü üzrə 54 dövlətin nümayəndələri qatılıb.

Xocalı soyqırımının tanıdılması istiqamətində İƏT-in digər bir orqanı Parlament İttifaqı ilə əməkdaşlıq mühüm yer tutur. Belə ki, 2010-cu ildən başlayaraq bu qurum tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin təqdim etdiyi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair" və "1992-ci ilin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması" adlı qətnamələr qəbul olunub.

Bakıda həmçinin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin V konfransı baş tutub. Görüşdə Qlobal böhranların, bəşəriyyət qarşısında yeni sınaq və çətinliklərin durduğu, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsinin, İslam birliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir.
Ətraflı

Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycanın İslam dünyası ilə əlaqələri daim inkişaf edir:

"Azərbaycan ənənəvi İslam ölkəsidir. Bu mənada İslam dünyasının bir hissəsiyik. Sovet dövründə belə cəmiyyətimiz islami dəyərlərə bağlı olub. Müstəqilliyimizin əldə edilməsilə İslam dünyası ilə əlaqələrimiz genişlənməyə başladı. Bu əlaqələr indinin özündə də uğurla davam etdirilir. Bakı İƏT-in fəal üzvlərindən biridir. Ora üzv ölkələrlə ikitərəfli və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın sıx əlaqələri var. Bu ölkələrlə islami dəyərlərə hörmət, iqtisadi, siyasi hərbi-texniki sahədə əməkdaşlığımız geniş vüsət alıb”.

Deputat qeyd edir ki, bu günlərdə Birləşmiş Ərəb Əmirliyi Prezidentinin rəhbərliyi altında böyük bir nümayəndə heyətinin Bakıya səfəri İslam dünyası ilə əməkdaşlığımızın bariz nümunəsidir:

"Tərəflər bir çox sahələrdə əməkdaşlığı genişlənidirmək və davam etdirməklə bağlı razılığa gəldi. Azərbaycan tək inkişaf etmiş İslam dövlətlərilə deyil, eyni zamanda, islami dəyərləri əsas götürən dövlətlərlə də sıx əlaqələr yaradıb. Kornovirus pandemiyası dövründə 80-ə yaxın ölkəyə bu bəla ilə mübarizə üçün vaksin və tibbi avadanlıqlar verməyimiz bunun bariz göstəricisidir. Hansı ki, həmin 80 ölkəni əksəriyyəti İslam ölkəsidir. Hesab edirəm ki, İslam dünyası ilə əməkdaşlığımız bundan sonra da davam edəcək. Bu istiqamətdə əlaqələrimizi daha da gücləndirməliyik. İqtisadi, mümkün olan yerdə hərbi-texniki əməkdaşlığı da durmadan artırmalıyıq”.

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər