Poçt xidmətlərinin lisenziyasız fəaliyyəti qanunsuzdur - İKTA-dan aktual problemlə bağlı açıqlama

dogruxeber.tv: - Azərbaycanda fəaliyyət karqo şirkətlərinə məxsus təhvil məntəqələrinin əksəriyyətinin lisenziyasız fəaliyyət göstərməsinə telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) münasibət bildirib.

Qurumdan Qaynarinfo-nun bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, lisenziya almadan karqo xidməti göstərilməsi qanunsuzdur. İKTA-nın cavabanını olduğu kimi təqdim edirik:

"Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) bəzi fiziki və hüquqi şəxslər tərəfindən lisenziyasız sürətli poçt xidmətlərinin (karqo xidməti) göstərilməsi barədə məlumatlar daxil olur. İKTA bəyan edir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərindən yayınaraq xidmət şəbəkəsini sürətli şəkildə genişləndirmək məqsədilə bəzi ünvanlarda lisenziya almadan sürətli poçt xidmətləri göstərilir. Bu isə öz növbəsində bazarda rəqabət mühitinin pozulması, xidmət keyfiyyətinin aşağı düşməsi və istehlakçı hüquqlarının pozulması ilə nəticələnə bilər.

Tənzimləyici qurum sürətli poçt xidmətləri bazarında yaranmış belə sui-istifadə hallarından narahatdır və bildirir ki, lisenziyasız sürətli poçt xidməti göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyəti qeyri-qanunidir.

İstifadəçilər verilmiş lisenziyalar barədə məlumatlarla bu linkdə tanış ola və həmin şəxslərin fəaliyyətinin qanuni olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər. Həmçinin vətəndaşlar lisenziyaların mövcudluğunu öz poçt operatorları ilə dəqiqləşdirmək imkanına malikdirlər.

İKTA poçt xidməti istifadəçilərini qeyd olunan məsələlərdə daha diqqətli olmağa və bu kimi hallarla qarşılaşdıqda aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: e-complaint@icta.az) məlumat verməyə çağırır".

Xatırladaq ki, Qaynarinfo Azərbaycanda fəaliyyət göstərən karqo şirkətləri barədə aradşrıma material hazırlayıb. Həmin materialdan aydın olur ki, ölkədə fəaliyyət göstərən karqp şirkətlərinə məxsus təhvil məntəqələrinin əksəriyyəti lisenziyasız fəaliyyət göstərir.

Oxunub: 451

Son xəbərlər

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

Bütün xəbərlər