Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistlərə çağırış etdi

Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistlərə çağırış edib.

Mətbuat Şurasından "dogruxeber.tv"a daxil olan çağırışda bildirilir ki, jurnalistlərin mitinqlər, piketlər, nümayişlər, ümumən, kütləvi aksiyalar zamanı informasiya toplamaq və yaymaq hüququ var. Amma bu hüquq media təmsilçilərini tərəfə çevirməməli, elə təəssürat yaranmamalıdır ki, onlar hansısa qütbün maraq və mənafelərindən irəli gələn fəaliyyət göstərirlər.

"Jurnalistlər küçə aksiyalarında obyektiv davranmalı, soyuq yanaşmaları ilə seçilməli, durumun həssaslığını ciddi şəkildə düşünərək, yalnız cəmiyyətin informasiya almaq hüququnun təminatçısı rolunda çıxış etməlidirlər. Onların özləri deyil, hadisə yerindən hazırladıqları materialların ictimai yükü ön planda dayanmalıdır.

Ötən müddətdə Azərbaycan mediası qeyd etdiyimiz istiqamətdə təcrübə toplayıb, peşəkar vərdişlərə yiyələnib. Amma təəssüf ki, bəzən bu müsbət dinamikaya zidd meyillər qalmaqdadır. Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında keçirilmiş icazəsiz aksiyada bəzi jurnalistlərin, xüsusilə jurnalist Gülnaz Qəmbərlinin davranışları bunu söyləməyə əsas verir. Həmin aksiya zamanı belə qənaət formalaşdı ki, media təmsilçiləri prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmış, öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətirməyə və ümumilikdə vəziyyətin gərginləşməsinə çalışmışlar.

Jurnalistlərin kütləvi aksiyalar zamanı münasib yerlərdə peşə vəzifələrini yerinə yetirmələri məsələsi dünya təcrübəsində də əksini tapıb. Bu təcrübəyə əsasən deyə bilərik ki, media nümayəndələri hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları arasında hadisələrin gərginləşdiyi məqamlarda, tərəflərin heç biri ilə mübahisəyə girməməli, qıcıq doğuracaq fikir və ifadələr işlətməməlidirlər. Jurnalistlər prinsip etibarilə onu da mütləq nəzərə almalıdırlar ki, hansısa kütləvi aksiya vacibdirsə, onu cəmiyyətə təqdim etmək qərarına gəlirlərsə, bu zərurətin ödənməsinin qarşısını alacaq hərəkətlərdən uzaq durulmalıdır. Xidməti vəzilərini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə, onları gözdən salmaq cəhdi, yersiz ifadələrin işlədilməsi, aqressiv ton, istər-istəməz, ictimai maraq amilini riskə atır, ümumən, peşəkar jurnalistika dəyərləri ilə bir araya sığmayan durum formalaşdırır.

Azərbaycan Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistləri, ümumən, özünü cəmiyyətə informasiya verməyə məsul sayan ayrı-ayrı şəxsləri bütün bunları nəzərə almağa, nəticə çıxarmağa çağırır. Şura ünvanladığı bu tövsiyələrin onların gələcək fəaliyyətində ciddi şəkildə nəzərə alınacağına ümidvardır”, - açıqlamada bildirilib.

Oxunub: 201

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər