gundem / hadise / dunya
7.02.2024, 14:45
Fransada sel xəbərdarlığı edildi
Fransanın Pa-de-Kale əyalətində şiddətli yağış və sel xəbərdarlığı edilib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə ölkənin meteorologiya xidməti “Meteo France” məlumat yayıb.
Bildirilib ki, mənfi hava şəraiti bölgədə təsirini davam etdirəcək:
“Pas-de-Kale əyalətində gün ərzində yağan yağışlar davam edəcək və sürəti saatda 90 kilometrə çatan küləklər təsirli olacaq. Bu səbəbdən bölgədə daşqın və sel baş verə bilər. Əhalini lazimi tədbirlər görməyə çağırırıq”.
Xatırladaq ki, yanvar ayında bölgədə güclü yağışlar səbəbindən daşqınlar baş vermiş və sakinlər evlərindən təxliyə edilmişdi.



