hadise
17.07.2020, 12:05
7,3 ballıq zəlzələdən sonra güclü sunami xəbərdarlığı edildi

Papua-Yeni Qvineya sahillərində baş vermiş güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Bu barədə “Associated ” məlumat yayıb.
7,3 bal gücündə zəlzələ Popondetta şəhərinin yaxınlığında, yerin səthindən 80 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin episentrindən 300 kilometr məsafədə sahil bölgələrinə güclü sunami ilə bağlı xəbərdarlıq göndərilib.


