gundem / hadise / dunya
6.04.2020, 01:30
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti bildirib.
Zəlzələnin episentri Ternate şəhərindən 124 kilometr şimal-qərbdə, təkanların ocağı isə 53.6 kilometr dərinlikdə yerləşib.
Ölən və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.


