Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi məqamlar üzə çıxıb.

"dogruxeber.tv" Musavat.com-a istinadən xəbər verir ki, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:

“Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında “dəlixana” deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələr. Hər kəs deyəcək ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar...”

Hüquq mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, yüksək qiymətə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içməyib.

Əldə olunan məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb: “Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və oğlunun epilepsiyası olduğunu deyib. Bildirib ki, sutkalıq həbs versələr, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad edilməsinə nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini öldürəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.

Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub.

Mötəbər mənbə iddia edib ki, valideynləri Əhməd Əhmədovdan qorxublar. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündən çıxıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, təmir etdiriblər, Əhmədi də oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.
Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndirlər.

O da məlum olub ki, Əhməd Əhmədov ona “dəli” deyilməsindən çox qəzəblənib.

Daha bir məlumat - Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə “102” xidmətinə məlumat verib.

Hüquq mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.

Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər