gundem / hadise / dunya
22.02.2024
Dünyanın ən böyük ilan növü aşkar edildi
Alimlər Amazonda 7,5 metr uzunluğunda olan nəhəng anakonda növünü aşkar ediblər.
Bu barədə “İndependent” məlumat yayıb.
Bildirilib ki, 7,5 metr uzunluq və 500 kq-a yaxın çəkiyə malik olan daha əvvəl sənədləşdirilməmiş nəhəng anakonda növü tapılıb.
Bununla da, onun dünyada indiyə qədər tanınan ən böyük və ən ağır ilan olduğu müəyyən edilib.
Qeyd edək ki, bu günə qədər dörd anakonda növü məlum idi.
Onların ən böyüyü Cənubi Amerikanın tropik bölgələrində yaşayan yaşıl anakonda idi.



