gundem / iqtisadiyyat / Cəmiyyət
27.02.2024, 10:00
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” kreditorlarına müraciət edib
Prezident İlham Əliyevin 16 noyabr 2023-cü il tarixli fərmanı ilə ləğv edilmiş “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC kreditorlarına müraciət edib.
“dogruxeber.tv”ın məlumatına görə, müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 99 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki bu şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,9 milyon manatdır.



