Binəqədi rayonunda ağacları qırıb yerinə beton tökdülər - FOTO

Bakının bir çox rayonunda olduğu kimi Binəqədi rayonu ərazisində yaşıllıqlara qənim kəsiliblər. Yeni inşa edilən obyektlərin qarşısındakı ağaclıqlar “maneə” yaratdığı üçün ağacları kökündən çıxarıb yerinə beton tökürlər. Günün gündüz çağı, hər kəsin gözü önündə aparılan bu işləri hamı görür, ancaq Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi görmür.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə, metronun “Azadlıq prospekti” stansiyasının çıxışında yeni açılacaq bir obyektin qarşısında təzə əkilmiş ağaclar məhv edilib.

Sakinlərdən biri obyektdə təmir gedən vaxt ağacların kəsiləcəyi ehtimalını nəzərə alaraq şəkillər şəkib. O, bu gün həmin ağacların kökündən məhv edildiyinin şahidi olub.

“Bu gün görürəm ki, yeni əkilmiş küknar və zeytun ağacları artıq yerində yoxdur. Lap əvvəl kola bənzər ağac da var idi. O da getdi. Kökündən çıxarıb yerinə beton töküblər. Gözdən kənar qalmış ərazi də deyil, yol kənarıdır, hərəkətli yoldur. Yəni bu işi kimsə gizlin edə bilməz. Kimsə həyətində bir ağacı budayan kimi Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi xəbər tutub gəlib cərimə yazır. Bəs ağacların yerinə beton tökən obyekt sahibini niyə görmür? Niyə vaxtında tədbir görmürlər?”.

Narazı sakinlərin problemlə əlaqədar aidiyyəti qurumlara müraciət etdiyi də bildirilir. Ancaq onların sözlərinə görə, heç bir tədbir görülməyib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Binəqədi rayonunda ağacları qırıb yerinə beton tökdülər - FOTO


Oxunub: 468

Son xəbərlər

Bu gündən avroya keçdilər

Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Bu avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

Atmosferdə karbon qazının artması okeanların turşulaşmasına səbəb olur

Süni zəka təbiət elmlərində tədqiqat metodlarını köklü şəkildə dəyişdirir

Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT

“Mərcan Broyler”də zəhərlənmə -Video

Kadırov gizlicə xəstəxanaya yerləşdirildi – “Ümid demək olar ki, yoxdur”

Nazirlik avtomobillərin nizamsız parklanması ilə bağlı müraciət etdi

Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı artırıldı

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Günəş partlayışları Yer üzündə texnoloji sistemlər üçün real təhlükə yaradır

Naxçıvanda yeni vergi güzəştləri tətbiq ediləcək - Bu gündən

Maqnit fırtınası gözlənilir

Bu sektorda çalışanlardan yeni qaydada gəlir vergisi tutulacaq

Bu peşə sahibləri üçün sosial sığorta haqqı dəyişidi

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yaşayış minimumu və ehtiyac meyarı artdı

Nyu-York şəhərinin yeni meri Qurana and içəcək

""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident

Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb

​​​​​​​Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi

Bu qan qrupuna aid olanlar çox yaşayır

Yeni ildən bu cərimələr artacaq - VİDEO

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

ABŞ Putinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir" - VİDEO

Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR

Yollar buz bağlayacaq - Xəbərdarlıq

Bütün xəbərlər