gundem / sou
3.04.2024, 12:45
Xalq artistinin qızının toy tarixi açıqlandı
Xalq artisti Mələkxanım Eyubovanın evində toy olacaq.
"dogruxeber.tv" Axşam.az-a istinadən xəbər verir ki, xanəndənin qızı Nəzrin ailə qurur. Nəzrin müğənni Mərdan Kazımovla nikah masasına oturacaq.
Cütlüyün toy məclisi aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək.
Nəzrin özü isə gəliklik geyimləri seçərkən görüntülərini yayımlayıb.
Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub.



