Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirildi, yenidən qurulacaq  - SƏRƏNCAM

Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.

"dogruxeber.tv"ın məlumatına görə, Sərəncamda deyilir ki, son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənmişdir:

"Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir.

Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmışdır”.

Sərəncama əsasən Yuxarı Şirvan suvarma kanalı yenidən qurulacaq və onu adı Şirvan suvarma kanalı adlandırılacaq.
Ətraflı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yevlax Şəhər İcra Hakimiyyəti, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Hacıqabul rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər