Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Türkan qəsəbəsində yerləşən mərhum muğam ustadı Ağaxan Abdullayev adına olan Mədəniyyət Mərkəzinin baxmsız halda olduğu və fəaliyyət göstərmədiyi iddia olunur.
Mədəniyyət Mərkəzinin yerləşdiyi istirahət parkının isə qəsəbə sakinlərinin üzünə bağlı olduğu bildirilir.

"dogruxeber.tv" bildirir ki, bununla bağlı Bizim.Media-ya qəsəbə sakinlərindən videogörüntülər daxil olub.
Kadrlarda Mədəniyyət Mərkəzinin binasının üzərində adını həkk edilən lövhənin olmaması, üçrəngli bayrağımızın yer almaması, şüşələrinin çirkab içində, həyəti natəmiz, yerləşdiyi parkın qapılarının isə vətəndaşların üzünə bağlı olduğu əks olunub. Sakinlərin dediyinə görə Mədəniyyət mərkəzində cəmi iki - rəqs və rəsm dərnəyi fəaliyyət göstərir. Hansısa mədəni-əhəmiyyət daşıyan tədbirlərin keçirilməsinə isə icazə verilmir.

Qəsəbə sakini və İctimai Yeni Baxış İctimai Nəzarət təşkilatının mətbuat katibi Vüqar Əmirov saytımıza açıqlamasında bildirib ki, vaxtilə Türkan Mədəniyyət Mərkəzinin direktoru İradə Məlikova ona mərhum muğam ustadı Ağaxan Abdullayevə ithaf etdiyi və ideya müəllifi olduğu “Bir ömür muğam” kitabının təqdimat mərasimini adını daşıdığı Mədəniyyət Mərkəzində keçirməsinə imkan verməyib.

Vüqar Əmirov qeyd edib ki, Mədəniyyət Mərkəzinin baxımsız və fəaliyyətsiz olması ilə bağlı bu günlərdə sosial şəbəkələrdə görüntülər paylaşıb. Həmin kadrlardan sonra Mədəniyyət Mərkəzinin binasının şüşələri təmizlənib və binaya Azərbaycan bayrağı sancılıb. Amma vətəndaşların istirahəti üçün tikilən park sakinlərin üzünə açılmayıb.

Məsələ ilə bağlı Türkan Mədəniyyət Mərkəzinin direktoru İradə Məlikova ilə əlaqə yaratsaq da, bizi baş idarəyə yönləndirib.

Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova isə sorğumuzu belə cavablandırıb:

“Məlumat üçün bildiririk ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Abdullayev adına Mədəniyyət Mərkəzində hal - hazırda 4 kurs (idman, qadın bərbəri, ərəb dili, rəqs), şahmat və rəsm dərnəkləri fəaliyyət göstərir. Mədəniyyət Mərkəzində tarixi və əlamətdar günlər ilə bağlı olan bütün tədbirlər həyata keçirilir, konsert proqramları və tamaşalar təqdim olunur. Qəsəbə sakinləri müəssisədə keçirilən bütün tədbirlərdə iştirak edirlər. Qeyd etdiyiniz park isə bizim deyil, yerli icra hakimiyyətinin balansındadır”.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə də əlaqə yaratdıq. İcra hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Anar Qəmbərov sözügedən parkın yaxın vaxtlarda təmizlənərək vətəndaşların istifadəsinə veriləcəyini bildirib:

“Hazırda təmizlik işləri gedir və bu yaxınlarda qapılar açılacaq. O parkın qapıları Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən qapadılmışdı. Tezliklə problem həll olunacaq”.

Oxunub: 511

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər