Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda keçirilən tədbirdə “AzerGold” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri və QSC-nin ÇİRES-də çalışan podratçı şirkətlərinin əməkdaşları iştirak ediblər.

"dogruxeber.tv" bildirir ki, tədbirdə Səhmdar Cəmiyyət tərəfindən əməyin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, habelə ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, iş yerlərində, xüsusilə istehsalat müəssisəsində reallaşdırılan qabaqlayıcı tədbirlər nəticəsində “AzerGold” QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində istehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əməyin təhlükəsizliyinin qorunmasına nail olunub.

Bununla “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayı 5 milyon saatı ötüb. Bu, dağ-mədən sahəsində fəaliyyət göstərən şirkət üçün yüksək göstərici hesab edilir.

Tədbir çərçivəsində Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi üzrə fəaliyyətə töhfə verən “AzerGold” QSC və podratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamələr təqdim edilib. Daha sonra qonaqlar ÇİRES-in fəaliyyəti ilə tanış olub, müəssisədə yaradılan əlverişli əmək şəraiti, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdən məmnunluqlarını ifadə ediblər.

Xatırladaq ki, Ümumdünya Əməyin Mühafizəsi Günü BMT-nin ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildə təsis edilib.
Əməyin mühafizəsi ilə bağlı təsis edilən bu xüsusi gün hər il Azərbaycanda da qeyd olunur.

Ölkəmizdə layiqli əmək təminatı, işçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə mütərəqqi beynəlxalq norma və standartlar əsasında qəbul edilmiş milli qanunvericiliyə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində “AzerGold” QSC-nin müəssisə və törəmə şirkətlərində də sistemli fəaliyyət aparılır, işçilərin əmək hüquqları, əməyin təhlükəsizliyi
sahəsində davamlı maarifləndirilməsi təmin edilir.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər