gundem / dunya
4.05.2024
ABŞ hərbi bazası raketlərlə vuruldu
Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı Amerika bazası raket atəşinə tutulub.
"dogruxeber.tv" xarici mediaya istinadən xəbər verir ki, bazaya 7 raket atılıb. Onlardan 3-ü bazanın ərazisinə düşüb.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İraq və Suriyadakı Amerika qoşunları vaxtaşırı hücumlara məruz qalır.



