gundem / dunya
17.05.2024
Ukrayna yenə qaranlığa bürünəcək
Mayın 17-də Ukraynada elektrik enerjisinin fövqəladə kəsilməsi davam edəcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə “Ukrenergo” şirkəti “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mayın 17-də fövqəladə dayandırmalar səhər saat 00:00-dan 08:00-dək və 19:00-dan 24:00-dək həyata keçiriləcək. Bu rejimin hansı bölgələrdə tətbiq olunacağı dəqiqləşdirilməyib.
Əvvəlki günlərdə Ukraynanın bütün bölgələrində elektrik enerjisi kəsilmişdi.



