gundem / siyaset / dunya
8.06.2024, 15:15
Orbandan Qərbə xəbərdarlıq: Atılan hər addımın cavabı olacaq
Rusiya üçüncü dünya ölkəsi deyil, haqlı olaraq güclü hərbi sənayeyə malik ən böyük dövlətdir.
"dogruxeber.tv" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban müsahibəsi zamanı bildirib.
Baş nazir Qərb ölkələrinə xəbərdarlıq etməyi də unutmayıb:
“Rusların bığlarını çəkməməlisiniz: Qərbin atdığı hər addımın cavabı olacaq”.
Siyasətçinin fikrincə, Rusiya öz silahlarını dünyanın istənilən yerində ABŞ-ın rəqiblərinə sata bilər. Əgər Moskva həqiqətən də bu cür cavab versə, Kuba və ya Afrika ölkələrinə silah ötürsə, o zaman bütün dünyada münaqişələrin qurbanlarının sayı artacaq, “hər yerdə vəziyyət daha da gərginləşəcək”, deyə Orban əlavə edib.


