Nikah yaşının bir il azaldılması icazəsi ləğv edilir

Ailə Məcəlləsində üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən norma ləğv edilir.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Hazırkı Məcəlləyə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Təklif edilən dəyişikliyə əsasən isə, bu maddə ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Layihədə qeyd olunub ki, qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə amili kimi qiymətləndirilir.

Məcəlləyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər