163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Azərbaycanda dövlət satınalmalarında əsas payı olan mallardan biri də dərman preparatlarıdır.

Dərman preparatlarının satın alınması ilə bağlı 2023-cü ilin əvvəlindən indiyə qədər Dövlət Satınalmaları portalı vasitəsilə 70 ədəd tender keçirilib. Tenderlərin ümumi həcmi nə az, nə çox 163 milyon 462 min AZN təşkil edib.

"dogruxeber.tv" Hurriyyet.az-a istinadən xəbər verir ki, say baxımından digər rəqiblərindən geridə qalsada maksimum məbləğdə sifariş alan "Avromed Company" QSC şirkəti 5 tenderi udaraq sayca tenderləri ən çox udan 5-ci şirkət olub. Adı çəkilən şirkətin udduğu tenderlərin dəyəri 51 164 388 AZN təşkil edir.

Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.

Dərman satışı tenderlərində ən çox sifariş alan ikinci şirkət "Zeytun Pharmaceuticals" MMC şirkəti olub. Şirkətin udduğu tenderlərin dəyəri 47 272 860 AZN təşkil edir və 9 tender udub.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.

Tenderləri sayca ən çox udan şirkət "Solamedical" MMC şirkəti olub. Adı çəkilən şirkət 16 627 822 AZN dəyərində 20 tenderin qalibi olub.
Qeyd edək ki, “Solamedıcal” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Səlimov Akif oğludur. Hüquqi ünvanı AZ1106, Bakı Şəhəri Nərimanov Rayonu, M. Araz, ev 18 ünvanında yerləşir.

"Rinara Pharma" MMC və "Farmqrup" MMC hər ikisi ayrı ayrılıqda 7 tenderin qalibi seçilib. Uyğun olaraq "Rinara Pharma" MMC 5 278 431 AZN dəyərində, "Farmqrup" MMC isə 3 806 382 AZN dəyərində tenderləri uda biliblər.//Fed.az

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər