gundem / siyaset / dunya
11.07.2024
ABŞ səfiri Aİ missiyası ilə Azərbaycan sərhədinə getdi
ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn Aİ-nin mülki missiyası ilə birlikdə Azərbaycanla sərhəddə vəziyyəti müşahidə edib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin sosial şəbəkə hesabında qeyd olunub.
"Səfir Kuinn Aİ-nin mülki missiyası ilə sərhəddəki vəziyyəti nəzərdən keçirdi. Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır", - deyə məlumatda bildirilir.


