YAP-ın namizədi Əlibala Məhərrəmzadə ilə bağlı qalmaqal böyüyür -İLGİNC

dogruxeber.tv: - Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərinin adlarını açıqladıqdan sonra ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaranıb. YAP-ın siyahısı ətrafında başlayan müzakirələr gündəmi daha da zənginləşdirib.

Hazırda adı ətrafında böyük ajiotaj yaranan namizədlərdən biri də Əlibala Səttar oğlu Məhərrəmzadədir. Onun namizədliyi 59 saylı Quba Seçki Dairəsindən irəli sürülüb.

Qeyd edək ki, Məhərrəmzadənin deputat olmaq iddiası onunla bağlı sensasion sayılacaq məlumatların tirajlanmasına səbəb olub. Mətbuatın yazdığına görə, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadə borc içində “üzür”. Onun 10 milyon manata yaxın borcunun olduğu bildirilir. Maraqlıdır ki, Məhərrəmzadə bu xəbərləri təkzib etməyə həvəs göstərmir.

“Yenisabah” YAP-ın 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizədi Əlibala Məhərrəmzadə ilə bağlı yeni məlumatlar əldə edib. Hakim partiyanın Quba rayon təşkilatının rəhbər şəxslərindən biri bizimlə söhbət zamanı İdarə Heyətinin bu qərarının qubalı YAP-çıların ürəyincə olmadığını bildirib. Onun sözlərinə görə, Əlibala Məhərrəmzadə əslən Qubadan olsa da, rayonla sıx əlaqəsi yoxdur. O, hətta YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Məhərrəmzadənin YAP-ın Quba təşkilatının heç bir toplantısına qatılmadığı deyilir. Bu üzdən də qubalı YAP-çılar onun namizədliyinə soyuq yanaşırlar.

Mənbə YAP Quba rayon təşkilatının Əlibala Məhərrəmzadənin namizədliyinin dəyişdirilməyi üçün İdarə Heyətinə müraciət etməyə hazırlaşdığını bildirib.

Bildirək ki, hazırda 59 saylı Quba Seçki Dairəsində Əlibala Məhərrəmzadənin iki əsas rəqibi var. Bunlardan biri Milli Məclisin deputatı Vahid Əhmədov, digəri isə tanınmış siyasi şərhçi Əliabbas Məhərrəmovdur.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər