Aşağı kalorili pəhrizlərin sağlamlığa təsiri

Arıqlamaq çoxumuz qəbul etməsək də, səbr tələb edən uzun bir prosesdir. Arıqlayanda sadəcə bədənimizin çəkisini azaltmırıq, həmçinin, sağlamlığımıza təsir edəcək dəyişikliklərə zəmin hazırlayırıq. 

"dogruxeber.tv" aşağı kalorili diyetlərin orqanizmə təsirlərini təqdim edir:

Orqanizm qidasız qalır
Yaşamaq üçün bədəninizə hər gün ehtiyac duyduğu qidaları vermək gərəklidir. Aşağı kalorili pəhrizlərdə orqanizm qidasız qalır. Bədənin karbohidratlara, zülallara və sağlam yağlara ehtiyacı var. Əsas odur ki, onlar norma daxilində qəbul edilsin. Metabolizmanın düzgün işləməsi üçün bunların hamısı gərəklidir. 

Az kalorili pəhrizlər iştahın artmasına səbəb olur
Normal şəraitdə çox tez acmayan və gün ərzində enerjinizi səmərəli istifadə edə bilən birisinizsə, ancaq pəhrizi dayandırdıqda birdən-birə daim aclıq hiss edirsinizsə və əvvəlkindən 4-5 dəfə daha çox yemək yemək istəyirsinizsə,  bunun səbəbi aşağı kalorili pəhrizlərdir. Aşağı kalorili pəhrizlər iştahınızı düşündüyünüz kimi azaltmır, əksinə artırır.

Yuxu problemləri
Aşağı kalorili pəhriz yuxu sistemini çökdürür. Yuxuya getməkdə çətinlik və dərin yuxu yatmaqda çətinlik aşağı kalorili pəhriz saxlayanlarda daha çox müşahidə olunur.

Əzələ itkisi
Arıqlama zamanı etməli olduğunuz şey, yağ faizinizi azaltarkən əzələ faizinizi artırmaqdır. Bədəninizin əzələ nisbətini artırmadan arıqlamaq və çəkini saxlamaq çətinləşir. Aşağı kalorili diyetlər əzələ kütlənizi artırmaq bir yana, azaltmağınıza səbəb olur.

Baş ağrısı və mədə problemləri
Aşağı kalorili pəhrizlər və daimi aclıq xroniki baş ağrılarına və mədə-bağırsaq problemlərinə səbəb olur. Bədəninizin enerjisi tükəndiyi üçün baş ağrıları yaranır. Qan dövranı yavaşlayır, bu da baş ağrılarının pisləşməsinə səbəb olur. Aşağı kalorili pəhriz saxlamaq bağırsaqlarınızın işləməsi üçün lazım olan lifi də azaldır. Bu zaman həzm problemləri qaçınılmaz olur.

Saçların tökülməsi
Yediyiniz qidalardan bədəninizi tarazlaşdıran vitamin və minerallar da alırsınız. Aşağı kalorili pəhrizlər səbəbiylə bədəninizi qida maddələrindən məhrum etdiyiniz zaman qan dəyərləriniz azalır və saçlar tökülməyə başlayır. Çünki yeməksiz qalan orqanizminiz daxili orqanlarınızın işləməsi üçün bütün enerjisini sərf edir. Bu zaman saçların tökülməsi və dırnaqların qırılması qaçılmaz olur.

Yorğun və halsız hiss etmək
Qida maddələri təkcə fiziki sağlamlığınız üçün deyil, həm də zehni sağlamlığınız üçün gərəklidir. Həddindən artıq aşağı kalorili pəhriz saxlasanız özünüzü daim yorğun və tükənmiş hiss edəcəksiniz.

Son xəbərlər

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Bütün xəbərlər