gundem / Cəmiyyət
24.07.2024, 15:15
Aparat rəhbəri işdən çıxdı, Prezident Administrasiyasında vəzifəyə təyin olundu
Vəkillər Kollegiyasının Baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb.
"dogruxeber.tv" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yeni işə keçməsi ilə əlaqədar Kollegiyanın Baş katibi vəzifəsindən ayrılıb.
B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.
Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının Baş katibi (aparat rəhbəri) vəzifəsində çalışırdı.



