gundem / Cəmiyyət
29.08.2024, 15:00
Adil Şükürov istefaya göndərildi
"Kəpəz" klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
Bu barədə mütəxəssis özü məlumat verib.
O, öz qərarı ilə postunu tərk etdiyini açıqlayıb.
Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra xalsız olan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb. Məşqçi 2023-cü ilin noyabrından bölgə təmsilçisində işləyib.



