Rayon maşınlarının Bakıya girişinə qadağa qoyulacaq? — AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir.

"dogruxeber.tv" bakıvaxtı.az-a istinadən xəbər verir ki, Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Belə ki, COP29 noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Tədbir çərçivəsində 70 min xarici qonağın ölkəmizə gəlişi gözlənilir.

COP29 zamanı rayon qeydiyyatlı maşınların Bakıya girişinə məhdudiyyət qoyula bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu barədə rəsmi açıqlama yoxdur.

Onun sözlərinə görə, Avropa oyunları zamanı məhdudiyyət qoyulsa da indi insanların təfəkkürü dəyişib və hər kəs noyabrın əvvəllərində COP29-la bağlı əziyyət çəkməmək üçün o müddətdə Bakıda olmamağa çalışacaq:

"Eyni zamanda rayondan Bakıya gələnlərə də aiddir. Onlar da müəyyən qədər öz işlərini planlaşdırırlar ki, bu müddətdə Bakıya gəlməsinlər".

Yasin Mustafayev: İnsanlar COP29-la bağlı əziyyət çəkməmək üçün o müddətdə Bakıda olmamağa çalışacaq

Ekspert qeyd edib ki, bu məsələ zaman keçdikcə özü avtomatik tənzimlənir:

"Mən COP29-la bağlı rayon maşınlarının girişinə qadağa qoyulacağını düşünmürəm. Amma yenə də bunu zaman göstərəcək. Düşünürəm ki, belə bir şey olsa çoxdan bildirərdilər".

Qeyd edək ki, COP29-a görə Azərbaycanda orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib.

Nazirlər Kabinetinin qərarına görə, məktəblərdə payız tətili noyabrın 12-dən 22-dək olacaq.

Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəblər distant təhsilə keçiriləcək.

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər