"Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər arasında xeyli narazılıqlar var - AÇIQLAMA

Bakı metrosunun "Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər arasında xeyli narazılıqlar var.

dogruxeber.tv: - Belə ki, “Avtovağzal” stansiyasından istifadə edən sərnişinlər bildirirlər ki, qatarlar arasında intervalı, eləcə də "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında olan keçid məhz məsəfə etibarı ilə olduqca uzundur. Bu səbəbdən də paytaxta gələn sərnişinlər “Avtovağzal” stansiyası əvəzinə "20 Yanvar” stansiyasına doğru getməyi üstün tuturlar.

Maraqlıdır, “Avtovağzal” stansiyasında sərnişinlərin axınını təmin etmək üçün qatarlar arasında intervalı azaltmaq mümkündür?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qatarlar arasında intervalı azaltmaq texniki baxımdan çox çətindir:

“Cədvələ uyğun olaraq hər gün “Avtovağzal” stansiyasında sərnişinlərin axınını təmin etmək üçün 6 qatar xəttə buraxılır. Əgər qatarlar arasında intervalı azaltsaq, o zaman xəttə əlavə olaraq daha 3 qatar buraxmaq lazımdır. Bu isə əlavə xərclərə səbəb ola bilər. Gərək bunun üçün yeni qatarlar almalıdır. Bu gün isə “Bakı Metropoliteni”ni maliyyə imkanları məhdudur, hazırda belə bir planımız da yoxdur”.

O qeyd edib ki, bir sərnişinin daşınması “Bakı Metropoliteni”ni 51 qəpiyə başa gəlir:

“Məhz “Bakı Metropoliteni”ni gəlirləri də sərnişinlərin hesabına formalaşır. Biz də sərnişinlərin rahatlığını təmin etmək üçün yeni stansiyaları inşa edirik. Bu stansiyaların hər biri isə böyük maliyyə vəsaitlər hesabına başa gəlir. Bu səbələrdən dolayı “Bakı Metropoliteni” “Avtovağzal” stansiyasında qatarlar arasında intervalı azaltmağı düşünmür".

Bəxtiyar Məmmədov bildirib ki, yerüstü nəqliyyatda baş verən əsaslı dəyişiklikdən sonra qatarlar arasında interval azala bilər:

"Bu yaxınlarda Tbilisi prospektində “20 Yanvar” stansiyasına doğru avtobus zolaqları çəkilib. Nəticədə "Avtovağzal” stansiyana sərnişinlərin axını artıb. Əgər stansiyaya sərnişinlərin axını daha da artarsa, o zaman xəttə buraxılan qatarların sayı artırıla bilər. Hazırda buna ciddi bir zərurət yoxdur”.

Son xəbərlər

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Bütün xəbərlər