Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

dogruxeber.tv: - "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi təqdim edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər: "Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər”. A.Fərəcov qeyd edib ki, ödənişsiz “Wi-Fi” şəbəkəsi bir həftə test rejimində çalışacaq. Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında ictimai “WI-FI” (simsiz) şəbəkələri quraşdırılarkən diqqət ediləcək ilkin məqamlardan danışıb. B.Əliyev bildirib ki, burada diqqət ediləcək bir çox məsələ var, amma yanaşmadan, məqsəddən və qoyulan yatırımdan çox şey asılıdır:

“Ona görə də sistem qurularkən tələblər düzgün hesablanarsa, daimi texniki xidmətlər düzgün həyata keçirilərsə, sistem nəzarətdə saxlanılıb, xidmət göstərilərsə, ciddi bir problem olmayaq. Xüsusi hallarda, müəyyən problemlərin olması hər bir işdə mümkündür”.

Ekspert qeyd edib ki, stasionar dayanacaqlarda stabil internetin təşkil edilməsi və texniki tələbə uyğun “WIFI” avadanlıqlarının qoşulması istifadə üçün daha yaxşı imkan yaradacaq:

“Həmçinin qoşulan istifadəçilər üçün sürət limitinin tənzimlənməsinə ehtiyac var, əks halda hər hansı bir istifadəçi böyük həcmli faylları endirməyə başlasa, digər istifadəçilərdə internetin sürətinə ciddi təsir edəcək. Ona görə də stabil olaraq endirilən fayllar müəyyən qaydalar çərçivəsində yüklənməlidir”.

B.Əliyev onu da söyləyib ki, prioritetlər nizamlanmalıdır, yəni hansı sistemin daha sürətli işləməsinə ehtiyac varsa, sistem birinci ona imkan yaradılmalıdır:

“Biri fayl yükləyərkən və ya 4K videoya baxarkən digəri adi bir “Whatsapp” mesajı göndərməkdə çətinlik çəkməməlidir. Digər nizamlayıcı işləri həyata keçirmək və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sistemin qurulması bir çox problemin qarşısını ala bilər.

Ümid edirik ictimai “WIFI” layihələrini hansı şirkət həyata keçirir və keçirəcəksə, bu və bunun kimi bir çox məsələləri nəzərə alaraq işlər görəcəkdir ki, istifadəçilər də bu xidmətdən rahat yararlana bilsinlər”.

Son xəbərlər

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Bütün xəbərlər