"Azəriqaz” mütləq SOCAR-ın tərkibindən çıxarılmalıdır

dogruxeber.tv: - "Sumqayıt” futbol klubunun oyunlarının keçirildiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qazın verilişinin məhdudlaşdırılması və isti su olmaması səbəbindən keçirilən matçlardan sonra istər ev sahiblərinin, istərsə də rəqib futbolçuların arenanın hamamından istifadə edə bilməmələri, futbolçuların soyuq su ilə yuyunmaları sosial şəbəkələrdə ciddi tənqidlə qarşılanıb. Problemin “Azəriqaz”a olan 100 min manat borcla əlaqəli olduğu açıqlansa da, məsələnin kökünü SOCAR-la əlaqələndirənlər dövlət şirkətinin sentyabrın 25-də Türkiyənin “Iğdır” klubuna sponsor olmasına diqqət çəkiblər. Bildirilib ki, milli klublarımıza sponsorluq edilsəydi, bu cür qaz problemləri də yaşanmazdı.


Müzakirələrlə bağlı fikirlərini bölüşən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı açıqlamasında deyib ki, “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalı, müstəqil quruma çevrilməlidir:
“Dəfələrlə “Azəriqaz”da gedən proseslər haqqında məlumat vermişəm. Stadionda qaz kəsilməsi də təəccüblü deyil. Xarici ölkələrdə olduğu kimi qazın satışı, təchizatı ilə əlaqədar bir neçə qurum yaradılmalıdır. Bu mənim fikrimdir. Amma “Azəriqaz” mütləq SOCAR-ın tərkibindən çıxarılmalıdır. Çünki qazı satanla hasil edən bir əldə ola bilməz. “Azəriqaz”ın özündə köklü dəyişikliklər edilməlidir. O demək deyil ki, kimsə müşavir gətirir, sonra ondan müdir düzəldirlər. Haşiyəyə çıxaraq demək istəyirəm ki, SOCAR-da kadr məsələləri böyük bir problemdir. Vəzifəyə gələn insanlar mütəxəssis deyillər. Nə vitse-prezidentlər, nə də şirkətin prezidenti. Ola bilsin ki, onlar çox güclü iqtisadçıdırlar, amma sahə üzrə mütəxəssis deyillər. Bu da məsələlərə böyük təsir edir. Nə qədər ki, peşəkar olmayan, bu sahədə işləməyən, ümumiyyətlə, anlayışı olmayan, sahə üzrə idarəetməni bilməyən insanlar var, bu problemlər də olacaq. Sadaladığım problemlər aradan götürülməyənə qədər proses belə də davam edəcək”.//siam.az-com

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər