Ağdam İH bir şirkətə iki tender verdi — 400 minlik

Ağdam rayon İcra Hakimiyyəti bir gündə iki tender keçirərək, elə onu eyni şirkətə verib.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə satınalma portalında məlumat dərc olunub.

Həmin məlumatda deyilir ki, tenderlərdən biri Ağdam rayonu ərazisində kəndlərdaxili yolların asfalt örtüyünün qurulması işlərini əhatə edəcək. Bu işlərə isə 112.104,72 manat sərf olunacaq.
İkinci tender isə Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) işlərinin görülməsi ilə bağlıdır.

Bu məqsədlə İcra Hakimiyyəti 280.586,3 manat pul ayırıb.

Bildirək ki, hər iki tenderin qalibi “DREAM CONSTRUCTİON COMPANY” MMC olub.

Rəsmi qaynaqlarda bildirilir ki, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İbrahimova Zəhra Musa qızıdır.
Tribunainfo.az-ın araşdırmaları zamanı məlum olub ki, “Dream Construction Company” MMC əvvəllər “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib. MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Mövlan Nəqşibəndi oğlu olub. Onu Abbasov Xıdır Pirverdi oğlu əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib.

Bildirək ki, bu şirkət su borularının çəkilməsi, təmiri və quraşdırılması üzrə ixtisaslaşdırılıb. Uzun zaman bir çox rayonlarda tenderlərin qalibi olub. Təkcə keçən ilin 6 ayı ərzində dövlət qurumlarından 727 753, 06 manatlıq sifariş alıb.

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Bütün xəbərlər