Füzulinin işğaldan azad olunmasından dörd il ötür

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin 4-cü ildönümüdür.

"dogruxeber.tv" xatırladır ki, sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Ordumuz əks-hücum əməliyyatına başlayıb.


Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılıb, ordumuz cəbhə boyu irəliləməyə başlayıb.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilib.

Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirib. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.

Son xəbərlər

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Bütün xəbərlər