“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “R.V. Investment Group Services, LLC” ilə bağlanmış saziş üzrə səlahiyyətlərinin icrası çərçivəsində “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər ediblər.

Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov və QSC-nin nəzdində yaradılmış İşçi qrupunun üzvləri, o cümlədən digər səlahiyyətli şəxslər ilk olaraq Gədəbəy rayonunun Söyüdlü kəndinin yaxınlığında yerləşən nəm tullantı anbarına və digər infrastruktur obyektlərinə baxış keçiriblər.

"dogruxeber.tv" bildirir ki, nümayəndə heyətinə “Gədəbəy” saziş sahəsinin nəm tullantı anbarının dayanıqlığının təmin edilməsi məqsədilə dayaq bəndin tikinti prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, “AzerGold” QSC tərəfindən həyata keçirilən operativ dəstək tədbirləri nəticəsində tikintinin layihə sənədlərinin aidiyyəti üzrə dövlət qurumlarından razılaşdırılması və icazə sənədlərinin əldə olunmasından sonra avqust ayından etibarən başlayan tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.

Daha sonra “AzerGold” QSC və “R.V. Investment Group Services, LLC” şirkətinin ölkəmizdəki mədən layihələri üzrə operatoru “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMKL) nümayəndələri arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə saziş üzrə tərəfdaşlıq səlahiyyətlərinin “AzerGold” QSC-yə ötürülməsindən sonra görülən işlər müzakirə olunub.

QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov saziş sahələrində mədən-filiz əməliyyatlarının icrası zamanı fəaliyyətin sazişin tələblərinə, yerli və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməsi üçün zəruri tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, hazırda xarici şirkətin fəaliyyətinin təkmilləşdirilməsi, bəzi proseslərin qanunvericiliyə uyğunlaşdırılması, biznes əməliyyatlarında keyfiyyətin yüksəldilməsi, həmçinin Ağdərə rayonunun ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında hasilatın qısa zaman ərzində təşkilinə dəstək göstərilməsi istiqamətləri üzrə intensiv iş aparılır. İdarə Heyətinin sədri əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılmalı olan vacib addımları və gözləntiləri diqqətə çatdırıb, növbəti addımların vaxtında və düzgün icrası istiqamətində tapşırıq və tövsiyyələrini verib.

AİMKL şirkətinin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjazi “AzerGold” QSC ilə birgə həyata keçirilən operativ tədbirlər nəticəsində növbəti aydan etibarən istehsalatın mərhələli şəkildə bərpa ediləcəyini bildirib. Nəticədə şirkətin istehsalat göstəricilərinin tədricən artması, 2025-ci ilin əvvəlində isə 2023-cü ilədək olan səviyyəyə çatdırılması təmin ediləcək.

Fərhəng Hedjazi AİMKL şirkətinin fəaliyyət prosesində rastlaşdığı problemlərin həll edilməsi istiqamətində göstərdiyi dəstəyə və effektiv əməkdaşlığa görə Azərbaycan hökumətinə təşəkkür edib.

Görüş qarşılıqlı maraq doğuran mövzuların, o cümlədən “Dəmirli” mis-molibden yatağında fəaliyyətin qısa zaman ərzində təşkili üçün tələb olunan zəruri addımların müzakirəsi ilə davam edib, qaldırılan məsələlərin saziş və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün fəaliyyət planına daxil edilib.

Xatırladaq ki, “Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər