gundem / sosial / Cəmiyyət
24.10.2024, 09:00
Bakının bəzi ərazilərində qaz OLMAYACAQ
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və Sabunçu rayonlarında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə "dogruxeber.tv"a "Azəriqaz" İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ, Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



