“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında çoxaldılması və reintroduksiyası uğurla icra edilib.

"dogruxeber.tv" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən növbəti aksiya zamanı Zəngəzur itburnusu (Rosa zangezura P.Jarosch.), Nizami itburnusu (Rosa nisami Sosn.), Qafqaz dağdağanı (Celtis caucasica Willd.), Adi nar (Punica granatum L.), İriyarpaq kövrək mürdəşər (Frangula grandiflora A.Pool), Trautvetter ağcaqayını (Acer trautvetteri L.), Adi şabalıd (Castanea sativa Mill.), Dəmirağac (Parrotia persica (DC.) C.A.Mey.), Şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.) və Atşabalıdı (Aesculus hippocastanum L.) kimi nadir ağac və bitki növlərinin kütləvi əkini həyata keçirilib.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşlarının bilavasitə iştirakı ilə “Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan ağac və bitkilər aşkarlanaraq, toxumları yığılıb. Həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, xüsusi aqrotexniki qaydada təcrübə sahəsində yetişdirilib.

Cari aksiya daxil olmaqla, ümumilikdə 3 dəfə, hər ilin oktyabr-noyabr aylarında nadir, nəsli kəsilmək təhlükəsində olan ağac tingi və bitki kollarının tarixən yetişdiyi ərazilərdən biri kimi Daşkəsən rayonunda, “Çovdar” mədəninin ətrafında ayrılmış geniş ərazidə əkini, çoxaldılması təmin edilib. Builki aksiya zamanı, həmçinin təbii şəkildə digər bölgələrdə yayılmış nadir ağac və bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini həyata keçirilib. Sözügedən bitkilər mütəmadi qulluq göstərilməsi üçün “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində ekoloqlar tərəfindən daimi nəzarətə götürülüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın 2023-cü ildə nəşr edilmiş 3-cü nəşrində “AzerGold” QSC-nin icra etdiyi bu ekoloji əhəmiyyətli layihə öz əksini tapıb.

Ölkəmizin dağ-mədən sənayesini təmsil edən dövlət şirkəti olaraq “AzerGold” QSC tərəfindən istismarı həyata keçirilən yataqların ekoloji cəhətdən daha effektiv idarə edilməsi, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla yanaşı, QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə davamlı olaraq kütləvi tədbirlər, o cümlədən, iməcilik, ağacəkmə və digər yaşıllaşdırma aksiyaları təşkil edilir.

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib

Son xəbərlər

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bütün xəbərlər