gundem / dunya
19.12.2024, 12:45
Husilər Təl-Əvivi ballistik raketlərlə vurdu
Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Təl-Əviv bölgəsində İsrail hərbi obyektlərinə hücum edib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə “Əl Məsirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Təl-Əvivdəki hədəf Yəmən silahlı qüvvələrinin raket qüvvələri tərəfindən hücuma məruz qalıb. Mənbənin məlumatına görə, zərbə iki Fələstin-2 hipersəs ballistik raketi ilə endirilib. Nəticədə iki mühüm hərbi obyekt vurulub.
Bildirilir ki, Təl-Əvivə raket zərbəsi İsrailin Yəmənə hücumu ilə eyni vaxtda həyata keçirilib.



