ƏƏSMN köhnə tanışına daha bir milyonluq tender verdi: Fərzəliyev 156 min ədəd yeməyi necə çatdıracaq?

ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyi dünən daha bir tenderin nəticələrini açıqlayıb.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, bu dəfəki müsabiqə digərlərindən bir xeyli fərqlənir.

Belə ki, söhbət Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınmasından gedir. Nazirlik bu məqsədlə 9.308.116,12 manat vəsait ayırıb. Həmin işlərin icrası ilə bağlı isə fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevlə müqavilə imzalayıb.

Açıq mənbələrdə Ziyafət Fərzəliyevin kimliyi ilə bağlı heç bir məlumat yoxdur. Amma ƏƏSMN-lə bu şəxs arasında əlaqələr xeyli əvvəldən mövcud olub. Belə ki, həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə 2022-ci ildə bir araya gəlib. Həmin vaxt elan edilmiş tenderə görə, Ziyafət Fərəzliyevə 978 min manat ödənilib.

Növbəti tender isə bu ilin martında baş tutub. Tribunainfo.az xəbər verir ki, həmin satınalma müqaviləsi də ƏƏSMN tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) ilə imzalanıb. Tenderin nəticələrinə görə, Agentliyə hazır yemək satan Fərzəliyev bunun müqabilində 3 336 258 AZN dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, bu tender çərçivəsində təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində 12 ay ərzində, həftədə 7gün, sutkada 3 dəfə olmaqla böyüklər üçün 156 950 ədəd, uşaqlar üçün isə 18 250 ədəd yeməyin alınması nəzərdə tutulub.

Tenderin məbləğini və yemək sayını nəzərə alanda 1 nəfər üçün yeməyin qiyməti 19 manat təşkil edir.

Bu ilin yanvarında isə sözügedən tərəflər arasında daha bir 430 000 manatlıq saziş bağlanıb.

Maraqlıdır ki, fiziki şəxs bu qədər yeməyi təkbaşına necə təşkil edə bilir? Hələm-hələm böyük restoranlar belə bu qədər hazır yeməyi hazırlamaq iqtidarında deyil. Bəs, o zaman Fərzəliyev hansı güc və imkana sahibdir ki, bir yox, bir neçə agentliyə bu qədər yemək sifarişlərini çatdıra bilir?

Oxunub: 288

Son xəbərlər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Bütün xəbərlər