gundem / siyaset / Cəmiyyət
11.01.2025, 15:45
Prezidentdən Şahin Bağırovla bağlı Sərəncam
Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin", - dövlət başçısının Sərəncamənda qeyd olunub.



