Gənc qadın pnevmoniyadan öldü - TƏBİB-dən ÇAĞIRIŞ

Saatlı rayonunda 20 yaşlı qadın ağciyər çatışmazlığından həyatını itirib.

"dogruxeber.tv"ın məlumatına görə, Saatlı şəhər sakini 2004-cü il təvəllüdlü Pərvanə Həvəskari ötən gün vəfat edib.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 13.01.2025-ci il tarixində saat 21:00 radələrində 2004-cü il təvəllüdlü şəxs (qadın cinsli) komatoz vəziyyətdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən şəxsə sağtərəfli pnevmoniya, kəskin ağciyər çatışmazlığı diaqnozu təyin edilib.

Göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 14.01.2025-ci il tarixində 19:30 radələrində şəxsin kəskin ağciyər çatışmazlığı səbəbilə bioloji ölüm faktı qeydə alınıb.

"Qeyd edək ki, respirator virus xəstəliklərinin yayılması mövsümi xarakter daşıyır. Kliniki əlamətlərə əsasən bədən hərarətində yüksəlmə, öskürək, halsızlıq, burun axıntısı və tıxanıqlığı, boğaz ağrısı aiddir. Lakin bu simptomlara görə xəstəliyə hansı virusun səbəb olduğunu təyin etmək çətindir. Virus təyin olunsa belə bu xəstəliklərin etioloji müalicəsi olmadığına görə beynəlxalq təşkilatların tövsiyələrində laborator diaqnostikaya çox da yer verilmir.

Onu da əlavə edək ki, sözügedən xəstəliklər əsasən ev şəraitində müəyyən bir müddət ərzində öz-özünə sağala bilir. Lakin xroniki xəstəliyə malik və ya immun sistemi zəif olan insanlarda xəstəliyin ağırlaşma ehtimalı yüksəkdir.

Buna görə də kliniki simptomlarda aqresivləşmə hiss edilən xəstələrin həkimə müraciət etməsi mütləqdir. Belə xəstələr həkim-mütəxəssis tərəfindən zamanında dəyərləndirilməli, stasionar və ya ambulator müalicə qərarı verilməli, xəstəliyə ciddi nəzarət olunmalıdır”, - açıqlamada bildirilir.

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər