“AzerGold” qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirib

“AzerGold” QSC-də ölkə ərazində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə seminar keçirilib.

"dogruxeber.tv" bildirir ki, Prezident İlham Əliyevin qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda bu sahədə mövcud vəziyyətin öyrənilməsi məqsədilə aparılmış bir aylıq operativ təhlillərin ilkin nəticələri açıqlanıb.

“AzerGold” qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirib

“AzerGold”un prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkətinin hazırladığı hesabatda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət və perspektivlər, mütərəqqi beynəlxalq təcrübə və standartlar, ekoloji norma və tələblər əsasında idarəetmənin təkmiləşdirilməsi, bazar iştirakçılarının qarşılaşdıqları problemlərlə bağlı təhlillər müzakirəyə çıxarılıb.

Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib, suallar cavablandırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə ixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davam etdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulanıb.

“AzerGold” qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirib

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “AzerGold”a nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.

Eyni zamanda QSC beynəlxalq standartlar nəzərə alınmaqla, yerli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Son xəbərlər

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Bütün xəbərlər