gundem / siyaset / dunya
17.02.2025, 12:15
ABŞ-da elan edildi: Ukrayna müharibəsi bitdi, Rusiya qalib gəldi
Ukrayna münaqişəsi demək olar ki, başa çatıb və Rusiya keçmiş Sovet respublikası və NATO bloku üzərində qələbə qazanıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” jurnalında dərc olunam məqalədə bildirilir.
“De-fakto, Ukraynada münaqişə başa çatıb. Üstəlik, ruslar Ukraynanı məğlub etdilər, bu da Moskvanın NATO-nu məğlub etməsi deməkdir”, - məqalə müəllifi iddia edir.
Nəşr hesab edir ki, əksər ölkələr Rusiyanın qələbəsini qəbul edəcək. ABŞ Ukraynaya hərbi yardımın həcmini azaltmağa başlayacaq və bu yükü Avropa Birliyinin üzərinə atacaq. Müəllif, eyni zamanda, ABŞ-ın Kiyevə silah tədarükünü tamamilə dayandıraraq, NATO-dan uzaqlaşa biləcəyini ehtimal edir. Belə olan halda, avropalılar Vaşinqtonun köməyi olmadan bu işin öhdəsindən gələ bilməyəcəklər.
“Müvafiq olaraq, Ukrayna bundan sonra hərbi əməliyyatları davam etdirə bilməyəcək”, - deyə məqalədə vurğulanır.
Nəşr yazır ki, heç kim onu danışıqlar masasına dəvət etməyəcək. Münaqişənin həlli üçün dialoq yalnız Rusiya və ABŞ arasında aparılacaq.



