Sənədsiz evlər probleminin həlli niyə gecikir?

dogruxeber.tv: - Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır.

Bir müddət əvvəl məlumat verilib ki, mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır. Ancaq sistemin nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması üzrə konsepsiya hazırlanır:

"Sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. Bu məsələ Milli Məclisə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunan zamanda müzakirə olundu. Millət vəkilləri tərəfindən təkliflər də səsləndirildi. Bir müddət əvvəl bütövlükdə bu istiqamətdə konsepsiyasının hazırlanmasına başlanmışdı. Konsepsiyanın hazırlanmasında məqsəd sənədsiz evlərin qeydiyyata alınma prosesi ilə bağlı mexanizm və qaydaların hazırlanmasıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər təbii ki, davam etdirilir. Bütövlükdə mexanizmlərin hazırlanması təkliflərin sistemləşdirilməsi ilə bağlı da fəaliyyətlər aparılır".

Deputat söyləyib ki, daha yaxın zamanda sənədsiz evlərlə bağlı mexanizm qəbul edilib, tətbiq edilə bilər:

"Burada bir sıra məsələlərin həlli vacibdir. Xüsusən də, nisbətən təhlküəli hesab edilən evlərlə bağlı addımların atılması zəruridir. Bu evlərin bir qismi ya neft buruqlarının və ya yüksək gərginlikli elektrik xətlərinin, nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Təbii ki, həmin evlərlə bağlı qərarın verilməsinə ehtiyac var. Bəzi evlərlə bağlı təbii ki, bu istiqamətdə qərarın verilməsi asan ola bilər. Xüsusən də, elektrik xətlərinə yaxın olan evlərlə bağlı addımların atılması asandır. Burada elektrik xətlərinin yeraltı aparılması mümkündür. Amma xüsusən neft buruqlarının yaxınlığında yerləşən evlərlə bağlı təbii ki, daha sistemli qərarların verilməsinə ehtiyac var. İlkin qiymətləndirmələrə görə belə evlərin sayı 70 minə yaxındır. Yəni bu, kiçik rəqəm deyil. Ona görə də sənədsiz evlərlə bağlı qeydiyyat mexanizminin hazırlanması bütün sənədsiz inşa edilən evləri əhatə etməlidir. Hər halda bu istiqamətdə işlər gedir. Biz də daha yaxın zamanda mexanizmin qəbul edilib, tətbiq edilməsi reallaşa biləcəyinə ümid edirik".

Son xəbərlər

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

Bütün xəbərlər