Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti növbəti iri məbləğli müqavilə imzalayıb.

"dogruxeber.tv" Valyuta.Az-a istinadən xəbər verir ki, DVX-nin bu dəfə müqavilə imzaladığı şirkət "Cybernet" MMC olub.

2025-ci il üzrə AVİS2 6-cı mərhələsi (reliz 6) üzrə yeni platforma bazasında altsistemlər və modulların funksional bölmələrin analizi, proqramlaşdırılması və istifadəçilər üçün təlimat hazırlanması ilə bağlı imzalanan müqavilənin dəyəri 4,3 milyon manat olub.

Şirkət təkcə 2025-ci ildə DVX-dən 13 milyon 992 min 974 manat dəyərində sifariş qəbul edib.

Qeyd edək ki, bu, tərəflər arasında imzalanan ilk çoxmilyonluq müqavilə deyil.

Dövlət satınalmaların vahid interent portalındakı məlumatlara əsasən, 2019-cu ildən bəri tərəflər arasında 2.3 milyonluq, 7.3 milyonluq, 7.2 milyonluq, 2.4 mlyonluq, 6.8 milyonluq, 1.8 milyonluq, 5.6 milyonluq, 8.9 milyonluq, 6.1 milyonluq, 4.1 milyonluq, 6.5 milyonluq və başqa müqavilələr imzalanıb.

Bunlardan əlavə tərəflər arasında dəyəri milyon manatdan az olan bir neçə müqavilə də imzalanıb.

Həmçinin şirkət, İqtisadiyyat Nazirliyinin tabeliyindəki başqa qurumların da bir neçə milyonluq tenderlərinin qalibi olub.

Qeyd edək ki, 2004-cü ildə yaradılan MMC, 10 000 manat nimzanamə kapitalına sahibdir və qanuni təmsilçisi Əmirov Emil Etibar oğludur.

Şirkət dövlət qeydiyyatına alınan zaman hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev. 102 ünvanı olub.

Araşdırmalarımız zamanı məlum olub ki, eyni ünvanda 4 ay sonra başqa bir şirkət də dövlət qeydiyyatına alınıb - "AtaTexnologiya” MMC.

Qeyd edək ki, "AtaTexnologiya” MMC də 2004-cü ildə yaradılıb. Bu şirkət də Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin bir neçə tenderlərində qalib seçilib. AtaTexnologiya" MMC Fazil Məmmədova məxsus olan "Ata Holdinq" MMC tərəfindən yaradılıb.

"Cybernet" MMC-nin adına "Snergy Group"a daxil olan şirkətlərin siyahısında rast gəlinir.

Onu da əlavə edək ki, "Snergy Group" MMC 50 milyon manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğlu və sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərovdu.

Araşdırmalarımız zamanı məlum olub ki, Dövlət Vergi Xidmətinin milyonluq müqavilələr bağladığı şirkətlərdən biri də "Caspel” MMC-dir. MMC 2019-cu ildən bəri Dövlət Vergi Xidməti ilə 12 ədəd milyonluq müqavilə imzalayıb. (3.418.607 mln, 1.139.215 mln, 2.754.139 mln, 12.863.835 mln, 1.482.800 mln, 1.052.350 mln, 1.118.923 mln, 1.021.384 mln, 2.369.960 mln, 2.657.985 mln, 1.697.312 mln, 2.687.639 mln - ilk ikisi Vergilər Nazirliyi ilə)

Bundan əlavə də digər qurumların milyonluq tenderlərində qalib seçilib.

Qeyd edək ki, "Caspel" MMC 1 146 020 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi, Fazil Məmmədovun kürəkəninin qardaşı Ceyhun Məhi oğlu Quliyevdir. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib.

Oxunub: 272

Son xəbərlər

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

“Brent” bahalaşdı

Bu yolda sürət həddi endirildi

Bütün xəbərlər