“Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?

dogruxeber.tv: - Son günlər “Sabah”ın futbol akademiyası ilə bağlı söz-söhbət futbol ictimaiyyəti arasında geniş müzakirə olunur.

Məlum olduğu kimi, paytaxt klubunun akademiyası Adino Mustedanaqiçə tapşırılıb. Xorvatiyalı koordinator vəzifəsində çalışır. Onun gəlişindən sonra “Sabah”ın akademiyasında problemlər, qalmaqallar bir-birini əvəz etməkdədir.

Aşağı yaş qrupları üzrə komandalarda narazılıqlar yaranıb. Valideynlər bildirilər ki, Adino Mustedanaqiç yerli uşaqlara qarşı heç də xoş münasibət göstərmir. Özünün komandaya gətirmədiyi futbolçulara təzyiq edir, onları sıxışdırır. Nəticədə çox sayda istedadlı gənc və yeniyetmə futbolçu akademiyanı tərk etməli olub.

U-19 və əvəzedici komandada vəziyyət daha acınacaqlıdır. Nəticə baxımından heç bir önəm kəsb etməyən yarışlarda çıxış edən bu komandalara legionerlər cəlb olunub. Yerli oyunçular yox, məhz onlar meydana çıxırlar.

Publika.az Mustedanaqiçlə bağlı qalmaqla səbəb ola biləcək məlumat əldə edib. Xorvatiyalı mütəxəssisin transfer fırıldağı ortaya çıxıb.

Bildirilir ki, bir müddət əvvəl “Sabah” “Qəbələ”dən gənc futbolçu transfer edib və bu keçidə görə qarşı tərəfə 20 min manat ödənilib. Lakin transferlə bağlı maraqlı məqam var.

Adino Mustedanaqiçin nəzarəti ilə reallaşdırılan bu transferdəki vəsait “Sabah”ın büdcəsindən çıxsa da, gənc futbolçunun valideyni də xərcə düşüb. Ondan da bu keçidə görə 20 min manat alınıb. Yəni “Qəbələ”yə ödənilən vəsaiti, əslində uşağın valideyni verib.

Bəs “Sabah”ın büdcəsindən çıxan 20 min manat hara və ya kimin cibinə gedib? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Onun cavabı belə oldu:

“Akademiyamızda bu cür halların baş verməsi mümkün deyil. Sorğunuzda konkret məlumatların yer almaması, məsələnin obyektiv şəkildə araşdırılmasını mümkünsüz edir. Klub olaraq, şəffaflıq prinsiplərinə sadiq qalaraq, hər zaman istənilən iddianı araşdırmağa hazırıq. Lakin bunun üçün konkret faktlar və sübutların təqdim edilməsi vacibdir”.

Ümumiyyətlə, Adino Mustedanaqiçin gəlişindən sonra “Sabah” akademiyasında vəziyyət heç də yaxşı deyil. “Vətən” Futbol Məktəbinin əsasında yaradılan akademiyada əvvəllər durum yaxşı idi. Valideynlər bura axışır, gənc futbolçular vəziyyətdən razılıq edirdilər. Bir müddət əvvəl ölkənin say-seçmə akademiyalarından biri olan “Sabah”da indi korrupsiya, rüşvətxorluqlar fonunda anarxiya hökm sürür.

Qeyd edək ki, “Qəbələ”dən “Sabah”a transferi qeyd edilən futbolçunun adı bizə məlumdur. Lakin onun gələcək karyerasına təsir etməmək və gənc futbolçunu təzyiqlərdən qorumaq üçün adını gizli saxlamaq məcburiyyətindəyik.

Oxunub: 664

Son xəbərlər

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bütün xəbərlər