Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib - FOTO

Aprelin 10-da Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

dogruxeber.tv” xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Nizami Zalov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abşeron RİH başçısı Abdin Fərzəliyev respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan hərtərəfli bəhs edib. Abşeronda həyata keçirilən işlər barədə, eləcə də sakinlərin rifah halı, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan ətraflı söz açıb. Abdin Fərzəliyev, həmçinin, ağsaqqalların daim rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Öz nitqində müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin dirçəlişində, ictimai-siyasi və sosial-iqtisadi inkişafında əvəzsiz rolundan geniş söz açıb.

Vurğulayıb ki, bugünkü qüdrətli və qalib Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. “Hazırda Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa edib, eləcə də ötən dövr ərzində dövlətimiz dünyada ən nüfuzlu və güclü ölkələr sırasına yüksəlib. Bu gün xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevə olan etimadı və sevgisi hədsiz-hüdudsuzdur,” – deyə Eldar İbrahimov vurğulayıb. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda həyata keçirilən əhəmiyyətli işlərdən də ətraflı bəhs edib.

Eldar İbrahimov rayonda görülən işləri, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək bildirib ki, hər bir bölgəmizdə, eləcə də Abşeronda ağsaqqallar hər zaman dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün də bir çox işlər və maarifləndirici söhbətlər, tədbirlər həyata keçirilməlidir. Sonda natiq Abşeron Rayon Ağsaqqallar Şurasının bundan sonra da aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirərək ağsaqqallara möhkəm cansağlığı, uğurlar arzulayıb.

Daha sonra çıxış edən Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Nizami Zalov və digər natiqlər Ümummilli Liderimiz Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Konfransda, həmçinin, təşkilati məsələlər də müzakirə olunub. Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov əhalinin yüksək etimadı ilə Saray qəsəbəsində bələdiyyə sədri seçildiyi üçün Abşeron Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətinə xitam verməsi səbəbindən həmin vəzifəyə yeni namizəd irəli sürülüb. Açıq səsvermə yolu ilə Şuranın İdarə Heyətinin üzvü, şəhid atası İbadov Məhərrəm Qulu oğlu Abşeron Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib. Tədbirdə Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da yenidən formalaşdırılıb.

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib - FOTO

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib - FOTO

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib - FOTO

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib - FOTO

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib - FOTO

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər