gundem / sosial / Cəmiyyət
2.05.2025, 16:15
DOST yenə milyonları səpələməyə başlayıb: İşıqlandırma üçün 950 min
Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və opretaiv Sosial Təminat Agentliyi (DOST) daha bir bahalı tenderə imza atıb.
"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, proses dünən yekunlaşıb və nəticəsi açıqlanıb.
Məlum olub ki, DOST Agentliyi tərəfindən 6 saylı DOST Mərkəzinin xarici elektrik təchizatı işlərinin satın alınması reallaşdırılacaq. Bu işləri “AZCİS” MMC həyata keçirəcək ki, müqabilində də 948 min 446 manat alacaq.



