Xəzər rayonu sakinlərinin evlərini su basıb  - FOTO

dogruxeber.tv: - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin sakinləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə qeyd olunur ki, Mərdəkan qəsəbəsində, Rəfael Cəfərov küçəsi və ona paralel ərazilərdə yerləşən 50-yə yaxın fərdi yaşayış və bağ evinin həyətləri, zirzəmiləri və məhəllədaxili yollar 2024-cü ilin oktyabr ayından bəri subasmaya məruz qalıb.

Sakinlər bildirirlər ki, uzun illər ərzində quru olan bu ərazidə yağıntılardan sonra su basqınları başlayıb: "Sel sularını öz imkanlarımızla təmizləməyə çalışsaq da, problemin qarşısını ala bilmədik. Qrunt sularının səviyyəsi qalxaraq zirzəmilərə dolur, evlərin bünövrəsinə ziyan dəyir, yaşıllıqlar məhv olur. Yağışsız havalarda belə həyətlərə su dolur, vəziyyət dözülməz həddə çatır. Özümüz quraşdırdığımız su nasosları da vəziyyəti düzəldə bilmir”.

Sakinlərin sözlərinə görə, bu vəziyyət məişət avadanlıqlarının sıradan çıxmasına, evlərin rütubətlənməsinə və yaşayışın çətinləşməsinə səbəb olur.

Müraciətdə həmçinin qeyd edilir ki, ərazidə nə kanalizasiya sistemi, nə də qrunt və yağış sularının axıdılması üçün drenaj sistemi mövcuddur. Ətrafda yerləşən 400 metr məsafədə drenaj xətti olsa da, həmin xətlərin sakinlərin yaşadığı əraziyə qoşulması üçün səlahiyyətli dövlət qurumlarının iştirakı ilə layihələndirmə və maliyyə dəstəyi tələb olunur.

Sakinlər bildirirlər ki, "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi"nin bu kimi hallarda tədbirlər planı hazırlayıb icra etməsi nəzərdə tutulur. Onlar problemin həllində yerli icra hakimiyyəti və aidiyyəti qurumların da birgə iştirakına ehtiyac olduğunu vurğulayıblar.

Müraciətə ərazidən çəkilmiş fotolar da əlavə olunub. Sakinlər Prezidentdən xahiş edirlər ki, müraciət nəzarətə götürülsün və müvafiq qurumlara problemin həlli ilə bağlı göstəriş verilsin. // 7news.az

Oxunub: 563

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Bütün xəbərlər