“ADSEA” 8 milyonu hara xərclədi-Video

dogruxeber.tv: - Sabunçu rayonu, Ramana qəsəbəsinin əsas magistral yolu qəzalı vəziyyətə düşüb. 2016-cı ildə salınan Ramana-Maştağa avtomobil yolunun (Firidun bəy Köçərli küçəsi) böyük bir hissəsi 2022-ci ildə “Azərsu” tərəfindən sıradan çıxarılıb. Bu qurumun Ramananın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün tenderdə qalib edərək 8,2 milyon manat ödədəyi şirkət nəinki kanalizasiya xətti çəkməyib, asfalt örtüyünü də qazaraq bərbad hala salıb və bərpa işləri aparmayıb. .

“ADSEA” 8 milyonu hara xərclədi-Video

Sakinlərin şikayəti üzərinə əraziyə baş çəkdik və asfalt örtüyünün böyük bir hissəsinin qazılaraq, yararsız hala salındığını müşahidə etdik. Yağış və qrunt suları da yoldakı boşluqlara dolduğundan böyük gölməçələr yaranmışdı. Qazılarkən məqsəd həm də kanalizasiya sistemi olsa da, əraziyə ümumiyyətlə kanalizasiya xətləri çəkilməyib. Nəticədə bir neçə gün əvvəl yağan yağış sularının yolun ortasında yaratdığı gölməçə qalmaqdadır.

Qeyd etdiyimiz kimi, 2022-ci ildə qəsəbənin su və kanalizasiya xətləri çəkilərkən yolun müxtəlif hissələrindən asfalt örtük kəsilib, lakin sonradan əsaslı bərpa əvəzinə yülgülvari yamaq vurulub. Magistral yol tam şəkildə bərpa edilməyib. Hazırda magistralın kənarları elə bərbad vəziyyətdədir ki, nəqliyyat hərəkət edə bilmir və yol daralıb.

“ADSEA” 8 milyonu hara xərclədi-Video

“ADSEA” 8 milyonu hara xərclədi-Video

“ADSEA” 8 milyonu hara xərclədi-Video

Qısacası, uzunluğu 11 kilometr olan, 2016-cı ildə tikintisinə 2,5 milyon manat ayrılan avtomobil yolu cəmi 6 il sonra sıradan çıxıb. Halbuki sakinlər, zamanında Azəravtoyol tərəfindən magistral yolun asfalt örtüyünün yüksək səviyyədə çəkildiyini deyirlər.

Sakinlər yolun bu durumuna düşməsində konkret olaraq “Azərsu”nu günahlandırırlar: “Su təchizatı və kanalizasiya sisteminin bərpası üçün aparılan işlər çərçivəsində asfalt yol qazılaraq, xətlərin çəkilməsi prosesi aparıldı, lakin iş bitdikdən sonra yenidən normal şəkildə bərpa olunmadı. Yolda yaranan iri çuxurlar yağış suları nəticəsində sıradan çıxıb. Qazılan asfalt örtüyünün yerinə sadəcə qırla yamaq vurublar”.

Qeyd edək ki, bu işləri “Arko Təmir Tikinti Şirkəti” MMC aparıb. Belə ki, şirkət 2022-ci ildə Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması üçün 8 202 558 manatlıq tenderi qazanıb. Üzərindən 3 il keçməsinə baxmayaraq, su xətti çəkildə də kanalizasiya xətti ümumiyyətlə çəkilməyib. Sakinlər deyir ki, Ramana qəsəbəsində kanalizasiya sistemi yerli-dibli yoxdur. Üstəgəl bu vəsaitdən yolun qazılan hissəsinin bərpası da həyata keçirilməyib.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 8-də əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında prezident İlham Əliyev də iştirak edib. Cəmi 6 il sonra “Azərsu” 8 milyon vəsaitlə sadəcə su xətti çəkmək üçün yolları məhv etməklə qalmayıb, vəsaitin böyük bir hissəsini havaya sovurub, tenderdə nəzərdə tutulan kanalizasiya sistemini tamamilə siyahıdan çıxarıb.

Mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu göndərdik və mövzunu davam etdirəcəyik.//Sitat.info

Oxunub: 519

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər