“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

Sərfəli mobil operator “Nar”ın, həmçinin bp və tərəfdaşlarının dəstəyi, ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı ilə jest dili üzrə mobil tətbiqin hazırlanması istiqamətində işlər planlı şəkildə davam etdirilir. Layihənin son rübündə mühüm mərhələyə – məzmunun yaradılmasından tətbiqə inteqrasiya və test prosesinə keçid edilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin digər insanlarla ünsiyyətini asanlaşdırır və onların jest dilini tamamilə ödənişsiz və müəllimə ehtiyac olmadan öyrənməsinə imkan yaradır.

Yaxın zamanda yekunlaşacaq layihə çərçivəsində “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə hazırlanan tədris məzmunu test mühitinə inteqrasiya edilib, server və verilənlər bazası üzrə işlər demək olar ki, tamamlanıb, AWS platformasında yerləşdirmə prosesi icra olunub. Eyni zamanda, tətbiqin əsas funksiyaları test üçün hazır vəziyyətə gətirilib, UI/UX dizayn elementləri yekunlaşdırılıb. İlkin mərhələdə planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq hədəfə doğru davamlı irəliləyiş təmin olunub.

"dogruxeber.tv" qeyd edir ki, jest dili üzrə bu mobil tətbiqin hazırlanması layihəsinə “Nar”ın da qoşulması onun inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətindən irəli gəlir. Layihə bu sahədə başladığımız işlərin davamı olaraq, ölkədə işarət dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək məqsədi daşıyır.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Son xəbərlər

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Bütün xəbərlər