Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA

Bakıda xəstə əməliyyatdan 19 gün sonra ölüb.

"dogruxeber.tv" Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Respublika Diaqnostika Mərkəzində baş verib.

Cəlilabad sakini, 3 uşaq anası 30 yaşlı Vəfa Yunusova kəskin baş ağrısı səbəbilə ailəsi ilə birgə Bakıya gəlib. Müayinələrdən sonra ona "vazospazm" - yəni beyin damarlarında daralma və büzüşmə diaqnozu qoyulub.

Uzun sürən müalicələrdən sonra o, bu il mayın 1-də Respublika Diaqnostika Mərkəzində neyrocərrah Tural Rəhimli tərəfindən beyin əməliyyatına cəlb olunub.

Mayın 20-də isə Vəfa Yunusova elə əməliyyyat olunduğu xəstəxanada dünyasını dəyişib.

Mərhumun ailəsi iddia edir ki, onun vəziyyəti əməliyyatdan dərhal sonra ağırlaşsa da, onlara heç bir məlumat verilməyib.

Mərhumun qardaşı bildirib ki, mayın 1-də əməliyyat olunmuş bacısından ayın 13-dək cavab ala bilməyiblər. Əməliyyatın risk daşıdığı ilə bağlı da onlara əvvəlcədən heç bir məlumat verilməyib.

Hətta iddia edirlər ki, qadın 1 həftə əvvəl ölüb, lakin gec açıqlanıb.
VB TG MBTMBTHəmçinin əməliyyat icbari tibbi sığorta paketinə daxil olsa da, Vəfa Yunusovanın həyat yoldaşı tərəfindən neyrocərrah Tural Rəhimliyə 10 min manat əlavə pul ödənildiyi də səsləndirilən iddialar sırasındadır.

İddialarla bağlı Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Tural Rəhimli açıqlamasında Vəfa Yunusovanı "vazospazm" səbəbindən itirdiklərini bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərfindən araşdırma aparılır.

Ətraflı süjetdə:

Oxunub: 493

Son xəbərlər

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Bütün xəbərlər