Nazirliyin liseylərlə bağlı qərarına görə valideynlər ETİRAZA QALXDI – Foto

Dünən Elm və Təhsil Nazirliyi mərkəzi imtahanla lisey və gimnaziyalara şagird qəbulunda ciddi yenilik etdiyini açıqladı. Bildirildi ki, mərkəzləşdirilmiş qaydada qəbula bu ildən yalnız 6-cı siniflər iştirak edəcək. Bu qərarın lisey qəbuluna bir neçə həftə qalmış açıqlanması övladını liseyə hazırlayan valideynlərin narazılığına səbəb olub.

Nazirliyin liseylərlə bağlı qərarına görə valideynlər ETİRAZA QALXDI – Foto

"dogruxeber.tv" xəbər verir ki, övladı liseyə hazırlaşan jurnalist Dünya Sakit bu qərara təəssüfləndiyini bildirib. O bildirib ki, niyə bu qərara gəlindiyinə dair ictimaiyyətə heç bir açıqlama, izahat, əsaslandırma verilmir:

“Hansı tədqiqatlar aparılıb, 5-ci sinfə qəbulun mənfi təsirləri üzə çıxarılıb ki, bu qərar verilib? Məqsəd nədir, nəyə nail olunacaq? Təhsilin səviyyəsinə hansı təsirləri olacaq?
Nəhayət, ən mühüm məsələ: bu qərar əgər elmi tədqiqat nəticəsidirsə, bir-iki aya qəbul olunmayıb, azı 5-6 ay əvvəldən məlum idi. Bu halda, niyə vaxtında ictimaiyyətə elan olunmadı? Minlərlə valideyn ailəsinin boğazından kəsib övladını hazırlığa qoymuşdu. Nəyi gözlədilər: hazırlıq kursları, sınaq təşkilatçıları qazandıqlarını qazansınlar, sonra???
Bunu DİM etsəydi, hurr eliyib düşərdi hamı üstünə”.

Digər valideyn jurnalist Vüsalə Rüstəmova da qərara narazılığını bildirib:

“Ölkədə liseyə hazırlıq ən bahalı və məşəqqətli hazırlıq növlərindən sayılır. Valideynlər boğazlarından kəsib 2-3 il uşaqlarını liseyə hazırlayırlar. Proqramın məktəb proqramından fərqlənməsi səbəbindən Elm və Təhsil Nazirliyinin bu sahədə yaratdığı bazara hələ heç toxunmuram.
Lisey qəbuluna bir neçə həftə qalmış Elm və Təhsil Nazirliyi açıqlama verir ki, mərkəzləşdirilmiş qaydada qəbulda yalnız 6-ci siniflər iştirak edəcək. Halbuki, indiyədək 4-8-ci siniflər arasında olurdu. Valideynlər 3-cü sinifdən uşaqlarına pul töküb hazırlığa qoyub. Liseylərə hazırlıq proqramı məşəqqətli bir proses olduğuna görə körpələr həyatdan məhrum edilir, sutkanın 24 saatının böyük hissəsini hazırlıqlarına sərf edirlər. Bəlkə bir günə 100-200 misal, məsələ, çalışma edirlər. İstirahətdən tam məhrum formada. İndi bu qədər məşəqqətə 1-2 ildir ki, qatlanan uşaqlara ilin sonunda məlum olur ki, liseyə sənəd verə bilməzlər. Olmazdı ki, bunu sentyabrdan bildirəsiniz, ailələr, uşaqlar bu qədər vaxt, pul itirməsinlər? Siz nə yeyib, nə içirsiniz?”.//Tribunainfo.az

Nazirliyin liseylərlə bağlı qərarına görə valideynlər ETİRAZA QALXDI – Foto

Nazirliyin liseylərlə bağlı qərarına görə valideynlər ETİRAZA QALXDI – Foto

Son xəbərlər

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Bütün xəbərlər